Yazını böyüt
Yazını kiçilt
Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə “ Bilik gücümüzdür ” layihəsi çərçivəsində 14 oktyabr 2020-ci ildə saat 14.00 online tədbir təşkil etdi.
Layihənin məqsədi gənclər arasında zorakılığa qarşı mübarizə istiqamətində məlumatlandırıcı və maarifləndirici onlayn seminarların keçirmək və bu sahəyə ictimayyətin diqqətini cəlb etməkdir.
Pandemiya zamanı gənclərimiz qapalı vəziyyətdə olduqları üçün dəstəyə daha çox ehtiyacları var. Tədbirlər 10 gün keçiriləcək hər bir tədbirdə isə 15 nəfər gənc iştrak edəcək. Seminarların əsas məqsədlərindən biri gənclərimizin özgüvənlərin artırmaq, diqqətlərini təhsilə yönəltmək, həmyaşıdları ilə münasibət qurmaqda çətinlik çəkməməkdir.